Çinin Vertaxi şirkəti yeni hava təcili yardım aparatını təqdim edib
Çinin Vertaxi şirkəti ilk dəfə ''Matrix 1'' adlı hava təcili yardım aparatını ictimaiyyətə təqdim edib.
Crossmedia.az xəbər verir ki, ''TASS'' bu barədə məlumat yayıb.
Şirkətin təqdim etdiyi ''eVTOL'' tipli elektrikli şaquli qalxıb-enən hava aparatı 700 kiloqrama qədər yük daşımaq imkanına malikdir. Aparatın uçuş məsafəsi 250 kilometrə qədər, maksimal kruiz sürəti isə saatda 200 kilometr təşkil edir.
Vertaxi nümayəndəsinin sözlərinə görə, ''Matrix1'' istismar xərcləri ənənəvi helikopterlərlə müqayisədə təxminən 15 faiz səviyyəsindədir.
Yeni hava platformasının tibbi təxliyə və təcili yardım məqsədləri üçün istifadəsi nəzərdə tutulur.
11:47 25.07.2026
Oxunuş sayı: 54