Ərdoğandan Ayasofiya ilə bağlı sərt mesaj: Əbədi davam edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yerləşən Ayasofiya məscidinin yenidən məscid statusu almasının altıncı ildönümü ilə bağlı rəsmi açıqlama yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğan bu hadisənin tarixi əhəmiyyətini vurğulayaraq bildirib ki, 86 illik fasilədən sonra məbəd altı il əvvəl məhz bu gün öz əvvəlki statusuna qayıdıb.
“Allahın izni ilə bu mübarək məscid əbədi olaraq göylərimizi azan səsləri ilə bəzəməyə davam edəcək”, – deyə Türkiyə lideri sosial şəbəkədə yazıb.
18:45 24.07.2026
Oxunuş sayı: 64