İran hücumlarında yaralanan ABŞ hərbçiləri Almaniyaya göndərilib
İranın İordaniya və digər ölkələrdə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində yaralanan təxminən 12 ABŞ hərbçisi müalicə üçün Almaniyadakı hərbi xəstəxanasına təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, 'The New York Times' (NYT) bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, iyul ayının əvvəlindən etibarən İranın hücumları nəticəsində təxminən 100 ABŞ hərbçisi yaralanıb. Onların əksəriyyətində yüngül beyin silkələnməsi qeydə alınıb və hərbçilərin böyük hissəsi artıq xidmətə qayıdıb.
Məlumata əsasən, yaralananların təxminən 50 nəfəri İordaniyada yerləşən ABŞ hərbi bazalarına son hücumlar zamanı xəsarət alıb.
Yaralanan bəzi hərbçilərin əlavə tibbi yardım üçün Almaniyadakı ABŞ hərbi tibb müəssisəsinə göndərildiyi bildirilib.
12:56 24.07.2026
Oxunuş sayı: 30