İsraildən İrana sərt mesaj: Biz istənilən ssenariyə hazırıq
İsrailin müdafiə naziri İsrael Katz İranla bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Katz bildirib ki, İsrail istənilən ssenariyə hazırdır və İranın mümkün hücumuna cavab verməyə hazır vəziyyətdədir.
“Biz istənilən ssenariyə hazırıq. Əgər İran İsrailə hücum edərsə, sarsıdıcı zərbə alacaq”, – deyə İsrail müdafiə naziri bildirib.
Onun sözləri Yaxın Şərqdə İsrail və İran arasında gərginliyin davam etdiyi bir vaxtda səslənib.
23:59 23.07.2026
Oxunuş sayı: 38