KİV: Rusiya danışıqlardakı mövqeyini sərtləşdirib
ABŞ-nin əvvəlki razılaşmaları faktiki olaraq qəbul etməməsindən sonra Moskvanın danışıqlarda irəli sürdüyü şərtləri daha da sərtləşdirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" məsələ ilə bağlı məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Rusiya danışıqlardakı mövqeyini sərtləşdirərək, nəzarətində olan ərazilərin geri qaytarılmasını, o cümlədən Xarkov və Sumı vilayətlərinin bəzi hissələrinin qaytarılmasını istisna edib. Bildirilir ki, Moskva həmçinin Donbas, Xerson və Zaporojye vilayətləri üzərində nəzarətin saxlanılmasını danışıqların əsas şərtlərindən biri kimi irəli sürür.
Məlumata əsasən, Kreml bu qərarı ABŞ-ın "Ankoric ruhu" çərçivəsində əldə olunduğu iddia edilən razılaşmaları faktiki olaraq qəbul etməməsindən sonra verib.
Qeyd olunur ki, məlumat rəsmi şəkildə nə Rusiya, nə də ABŞ tərəfindən təsdiqlənməyib. Nəşrin yazdığına görə, söhbət məlumatlı mənbələrin qiymətləndirmələrindən gedir.
17:55 23.07.2026
Oxunuş sayı: 35