Əraqçi: İrana qarşı hər hücum sərt cavab alacaq
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin müdafiə doktrinasının “gözə-göz” prinsipinə əsaslandığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, İran XİN rəhbəri bu barədə açıqlama verib.
“Nə müdafiə doktrinamız aydındır: gözə-göz. İrana, o cümlədən infrastrukturumuza qarşı istənilən təcavüz güclü və qətiyyətli cavabla qarşılanacaq”, – deyə Əraqçi bildirib.
Nazirin sözlərinə görə, bu cür hücumlara hər hansı formada dəstək verən tərəflər də İran tərəfindən qanuni hədəf hesab ediləcək.
10:14 23.07.2026
Oxunuş sayı: 37