İsraildən Türkiyə ilə bağlı sərt açıqlama: Müharibəyə hazırlaşmalıyıq
İsrailin Diaspora işləri üzrə naziri Amihay Çikli ölkənin Türkiyə ilə mümkün hərbi qarşıdurmaya hazırlaşmalı olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, İsrail ordusu ilə Türkiyə Silahlı Qüvvələri arasında dənizdə birbaşa toqquşma ehtimalının olduğunu deyib.
“Türkiyə ordusu ilə dənizdə birbaşa təmas mümkündür. Bu, inanılmaz ssenari deyil – belə bir hadisə artıq sabah səhər baş verə bilər”, – deyə Çikli açıqlayıb.
Nazirin bu bəyanatı İsrail-Türkiyə münasibətlərində gərginliyin artdığı bir dövrdə səslənib.
19:38 22.07.2026
Oxunuş sayı: 57