İrandan ABŞ-yə sərt xəbərdarlıq: Enerji obyektlərini vuracağıq
İran ABŞ-nin mümkün hücumuna cavab olaraq regiondakı enerji infrastrukturuna zərbələr endirə biləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ˝Tasnim˝ agentliyinin yaydığı məlumata görə, əgər ABŞ İran ərazisində körpülərə və ya elektrik stansiyalarına zərbə endirərsə, Tehran Vaşinqtonun maraqlarının olduğu regiondakı enerji obyektlərini hədəf alacaq.
Mənbə bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsiz hərəkətini təmin edə bilər. Bunun üçün isə Tehranın koordinasiyası və müəyyən etdiyi qaydalara əməl olunması tələb olunur.
İranın açıqlaması regionda ABŞ-İran gərginliyinin artdığı bir vaxtda verilib.
18:47 22.07.2026
Oxunuş sayı: 49