Çin və Rusiyanın hipersəs planı Vaşinqtonu təşvişə saldı
Çin və Rusiya 2035-ci ilədək hipersəs silahları arsenalını bir neçə dəfə artıra bilər.
Crossmedia.az Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatına əsasən xəbər verir.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, bu dövrədək Çinin hipersəs raketlərinin sayı təxminən 4 minə, Rusiyanın isə 1 minə çata bilər. Hazırda Pekinin təxminən 600, Moskvanın isə 200–300 hipersəs raketinə malik olduğu bildirilir.
Məlumata görə, Rusiyanın hipersəs silahları arsenalına Sirkon, Kinjal və Avanqard raket sistemləri daxildir.
Hesabatda həmçinin qeyd olunur ki, Çin qanadlı və ballistik raket ehtiyatlarını da bir neçə min vahidə qədər artırmaq, eləcə də qitələrarası ballistik raketlərinin sayını təxminən iki dəfə yüksəltmək potensialına malikdir.
ABŞ kəşfiyyatı bu ssenarini mümkün ən mənfi variantlardan biri kimi qiymətləndirir. Bildirilir ki, Pentaqon buna cavab olaraq raket əleyhinə sistemlərin istehsalını genişləndirir və on minlərlə müxtəlif tip raketin alınmasını planlaşdırır.
22:50 13.07.2026
Oxunuş sayı: 100