İraqın Baş naziri ilk xarici səfərini ABŞ-yə edib
İraqın Baş naziri Əli əz-Zeydi ilk xarici səfəri çərçivəsində Vaşinqtona gedib.
Crossmedia.az xəbər verir ki, səfər zamanı onun ABŞ Prezidenti Donald Trampla görüşü nəzərdə tutulub.
Məlumata görə, bir həftə davam edəcək səfər proqramı çərçivəsində tərəflər ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edəcəklər.
Səfərin əsas məqsədi neft-qaz sektoru da daxil olmaqla bir sıra memorandum və sazişlərin imzalanmasıdır.
Bildirilir ki, bu razılaşmalar ABŞ investisiyalarının İraqa cəlb edilməsinə, enerji resurslarının hasilat gücünün artırılmasına və Hörmüz boğazından yan keçən alternativ ixrac marşrutlarının yaradılmasına xidmət edəcək.
17:07 13.07.2026
Oxunuş sayı: 56