Türkmənistan Azərbaycanda səfirliyinin yeni binasını tikəcək
Türkmənistan Azərbaycanda öz səfirliyinin yeni inzibati binasının tikintisini planlaşdırır.
Bu barədə Crossmedia.az Türkmənistan mediasına istinadən xəbər verir.
Bununla əlaqədar, Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi beynəlxalq müsabiqə elan edib.
Maraqlı şirkətlərdən ərizə və təkliflər 2026-cı il avqustun 19-dək qəbul edilir və qeydiyyata alınır.
11:49 10.07.2026
Oxunuş sayı: 51