Azərbaycanda LGBT təbliğatına qadağa gəlir - Yeni qanun hazırlanır
Azərbaycanda LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliğinin məhdudlaşdırılmasını nəzərdə tutan yeni qanunvericilik təşəbbüsü barədə məlumat yayılıb. Məlumatda qanun pozuntularına görə cərimə və digər inzibati tədbirlərin tətbiqinin nəzərdə tutulduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, məhdudiyyətlərin media və internetlə yanaşı, reklam, kino və təhsil sahələrinə də şamil ediləcəyi qeyd olunur. Xüsusilə uşaqların zərərli hesab edilə biləcək informasiyalardan qorunması məsələsi əsaslandırma kimi göstərilir.
Hazırda Milli Məclisin rəsmi 2026-cı il payız sessiyasının qanunvericilik işləri planında bu məzmunlu ayrıca qanun layihəsi açıq şəkildə göstərilmir.
11:39 10.10.2026
Oxunuş sayı: 150