Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Crossmedia.az-ın məlumatına görə, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
09:50 09.07.2026
Oxunuş sayı: 56