Abxaziyada ilk dəfə PUA təhlükəsi elan edildi
Abxaziyada ilk dəfə pilotsuz uçuş aparatları (PUA) təhlükəsi rejimi elan olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, qərar səmada bir neçə pilotsuz uçuş aparatının müşahidə olunması barədə xəbərlərdən sonra qəbul edilib.
Sosial şəbəkələrdə hava hücumundan müdafiə sistemlərinin işlədiyi iddia olunan görüntülər də yayılıb.
İlkin ehtimallara görə, pilotsuz uçuş aparatları Ukraynaya məxsus olub və Rusiya istiqamətində hərəkət ediblər. Bu məlumat isə hələlik rəsmi şəkildə təsdiqlənməyib.
17:57 08.07.2026
Oxunuş sayı: 40