Ərdoğan: Trampın Ukrayna ilə bağlı sülh baxışını dəstəkləyirik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibə ilə bağlı sülh baxışını bölüşdüyünü və Ankaranın bu təşəbbüsü dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bu barədə NATO-nun Ankarada keçirilən sammitində çıxışı zamanı deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə Ukraynaya milli ehtiyatları hesabına göstərdiyi hərbi yardımı davam etdirəcək.
Onun sözlərinə görə, Ankara genişləndirilmiş dəstək proqramları və Ukraynanın prioritet ehtiyaclarının qarşılanması istiqamətində də töhfə verməyə davam edəcək.
Türkiyə Prezidenti vurğulayıb ki, Ukraynaya dəstək göstərməklə yanaşı, Ankara Rusiya ilə mövcud dialoq kanallarından istifadə edərək Moskvanı sülhə təşviq etməyə çalışacaq.
17:46 08.07.2026
Oxunuş sayı: 53