Zelenski: Saratov, Tatarıstan, Başqırdıstan və Voroneji vurduq
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın zərbələrinə cavab olaraq Rusiya ərazisində bir sıra hədəflərə uzaqmənzilli zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə paylaşım edib.
Prezident bildirib ki, Ukraynanın uzaqmənzilli zərbə vasitələri Saratov, Tatarıstan, Başqırdıstan və Voronej vilayətlərindəki hədəfləri vurub.
Onun sözlərinə görə, zərbələr nəticəsində Saratov neft emalı zavodu, eləcə də Tatarıstandakı neft emalı müəssisəsi hədəfə alınıb.
Zelenski əməliyyatlarda Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinə, Xüsusi Əməliyyatlar Qüvvələrinə, Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) və kəşfiyyat orqanlarına təşəkkür edib.
O vurğulayıb ki, Rusiya vətəndaşları ölkələrinin apardığı müharibənin nəticələrini hiss etməlidirlər.
Rusiya tərəfi isə Zelenskinin açıqlamaları ilə bağlı hələlik rəsmi şərh verməyib.
17:43 08.07.2026
Oxunuş sayı: 51