Qızıl bahalaşır, lakin İran amili artımı məhdudlaşdırır
Qızılın dünya bazarındakı qiyməti ABŞ Federal Ehtiyat Sisteminin iyun iclasının protokolunun açıqlanması ərəfəsində yüksəlib, lakin ABŞ-nin İrana endirdiyi zərbələr inflyasiya narahatlıqlarını artıraraq qiymət artımını məhdudlaşdırıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, Qrinviç vaxtı ilə saat 07:31-ə olan vəziyyətə əsasən, spot qızılın qiyməti 0,4% artaraq bir unsiya üçün 4 123,55 dollara yüksəlib. Gün ərzində isə qiymət iyulun 2-dən bəri ən aşağı səviyyəyə enmişdi.
ABŞ-də avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti isə 0,5% azalaraq bir unsiya üçün 4 135 dollara düşüb.
Analitiklərin fikrincə, bazar iştirakçıları FED-in gələcək pul-kredit siyasəti ilə bağlı siqnallar əldə etmək üçün iyun iclasının protokolunu gözləyir. ABŞ-nin İrana qarşı son zərbələri fonunda inflyasiya risklərinin artması isə qızılın qiymətində daha kəskin yüksəlişin qarşısını alır.
17:41 08.07.2026
Oxunuş sayı: 49