Macarıstan Ukraynaya silah göndərməyəcəyini bir daha bəyan etdi
Macarıstanın Baş naziri Peter Madyar NATO-nun Ankarada keçirilən sammitində Ukraynanın təcavüzə məruz qaldığını, Rusiyanın isə təcavüzkar olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Madyar bu barədə NATO sammitində çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, Ukraynanın öz ərazi bütövlüyünü müdafiə etmək hüququ var və Macarıstan Kiyevə humanitar yardım göstərməyə davam edəcək.
Bununla yanaşı, o vurğulayıb ki, Macarıstan əvvəlki mövqeyini dəyişmir və Ukraynaya nə silah, nə də hərbi qüvvə göndərəcək.
17:27 08.07.2026
Oxunuş sayı: 43