NATO sammitində 50 milyard dollarlıq müdafiə sazişləri imzalandı
Ankarada keçirilən NATO sammiti çərçivəsində ümumi dəyəri 50 milyard dollar olan müdafiə sazişləri imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə sammit çərçivəsində açıqlanan məlumatda bildirilib.
Sazişlər hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının alınmasını, həmçinin silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
İmzalanan razılaşmaların NATO ölkələri arasında müdafiə əməkdaşlığının genişləndirilməsi və hərbi imkanların gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.
17:11 08.07.2026
Oxunuş sayı: 47