Kim Çen: Rusiyanın apardığı müharibə müqəddəsdir
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, Kim Çen In təbrikində Putinin rəhbərliyi dövründə Rusiyanın nüfuzunun və dövlət statusunun möhkəmləndiyini bildirib. O, Rusiya liderinin fəaliyyətini yüksək qiymətləndirərək iki ölkə arasındakı münasibətlərin inkişafından məmnun olduğunu qeyd edib.
Şimali Koreya lideri Rusiya xalqının Ukraynadakı müharibəsini “ədalətli və müqəddəs müharibə” kimi qiymətləndirib və Rusiyanın suverenliyinin, təhlükəsizlik maraqlarının və ərazi bütövlüyünün qorunması istiqamətində qələbə qazanacağına əminliyini ifadə edib.
Kim Çen In Putinə və Rusiyaya qələbə və şöhrət arzulayıb.
12:46 07.10.2026
Oxunuş sayı: 53