Pezeşkian: İran müqaviməti davam etdirəcək
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin təzyiqlərə baxmayaraq müqaviməti davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Nournews” bu barədə məlumat yayıb.
Pezeşkian bildirib ki, İran qarşı tərəfin təzyiqləri qarşısında geri çəkilməyəcək və öz hüquqlarını müdafiə etməkdə davam edəcək.
“Biz, əlbəttə, müqavimət göstərəcəyik və qarşı tərəfi məyus edib ruhdan salacağıq. Hazırkı ehtiyaclarımızın bir qismini qarşılamaq üçün qonşu ölkələrlə danışıqlar aparırıq. Lakin əsas məsələ daxili imkanlara, həmrəyliyə və bir-birimizlə əməkdaşlığa arxalanmaqdır”, – deyə Pezeşkian qeyd edib.
İran prezidenti ölkəsinin müdafiə imkanlarından imtina etməyəcəyini də vurğulayıb. O, İranın qonşu dövlətlərə hücum etmək və ərazilərini genişləndirmək niyyətində olmadığını bildirib.
15:10 07.10.2026
Oxunuş sayı: 47