Türkiyədə bank əməliyyatlarında şok dəyişiklik: limitlər 2 dəfə artırıldı
Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) tərəfindən hazırlanan və çirkli pulların yuyulması ilə terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına dair qaydalara dəyişiklik edilib.
Crossmedia.az xəbər verir ki, dəyişikliklə müştərinin tanınması öhdəliyi çərçivəsində tətbiq olunan pul hədləri yenidən müəyyənləşdirilib.
Belə ki, müştəridən şəxsiyyət məlumatlarının alınmasını tələb edən əməliyyat limiti 185 min lirədən 370 min lirəyə yüksəldilib.
Elektron pul köçürmələri (EFT) və kriptovalyuta aktivlərinin transferləri üzrə tətbiq olunan limit isə 15 min lirədən 30 min lirəyə artırılıb.
Yeni qaydalara əsasən, daha əvvəl şəxsiyyəti müəyyən edilmiş müştərilərin sonrakı əməliyyatlarında internet bankçılığı, mobil bankçılıq və ya digər təhlükəsiz təsdiqləmə üsulları ilə müştərinin kimliyi doğrulana bildiyi halda imza nümunəsinin alınması məcburiyyəti də aradan qaldırılıb.
Dəyişikliklər Türkiyənin rəsmi “Resmi Gazete”sində dərc olunaraq qüvvəyə minib.
15:29 07.10.2026
Oxunuş sayı: 180