Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib
Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib.
Crossmedia.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1138,96 xalla 127-ci pillədə qərarlaşıb.
Komanda son dörd oyunun 2-də qalib gəlib, 2-də isə heç-heçə edib. Yığma yoldaşlıq oyununda Tacikistanı 1 cavabsız qolla üstələyib. UEFA Millətlər Liqasında səfərdə Litva ilə heç-heçə (1:1) edən kollektiv Bakıda Lixtenşteynlə qolsuz bərabərə qalıb. Milli son olaraq Litvaya Bakıda qalib gəlib - 1:0.
Xatırladaq ki, FIFA reytinqində İspaniya 2011,57 xalla liderdir. Argentina (1972,80) ikinci, Fransa (1958,86) üçüncü sıradadır.
14:45 07.10.2026
Oxunuş sayı: 66