Zelenski: Ukrayna Rusiyanın üç regionunda obyektlərə zərbələr endirib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Perm, Samara və Həştərxan vilayətlərində neft bazalarına və poliqona zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Telegram-da məlumat yayıb.
Zelenskinin sözlərinə görə, son 24 saat ərzində Ukrayna hərbçiləri Rusiyanın müharibəni maliyyələşdirməsinə və aparmasına kömək edən dörd obyektə zərbə endirib.
O bildirib ki, zərbələrdən ikisi neft bazalarına, digəri isə Perm, Samara və Həştərxan vilayətlərində yerləşən poliqona yönəlib.
Zelenski həmçinin Qara dənizdə də Rusiya tərəfinə qarşı zərbələrin endirildiyini qeyd edib.
Ukrayna Prezidenti bu hücumları Rusiyanın Ukrayna ərazisinə və əhalisinə endirdiyi zərbələrə cavab kimi qiymətləndirib.
12:41 07.10.2026
Oxunuş sayı: 66