Ukrayna Aİ-dən daha 1,2 milyard avro alıb
Avropa İttifaqı Ukraynaya dronların istehsalı və digər müdafiə vasitələrinin alınması üçün daha 1,2 milyard avro vəsait ayırıb.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası bu barədə məlumat yayıb.
Bununla son tranş da nəzərə alınmaqla, Ukraynaya “Ukraine Support Loan” proqramı çərçivəsində müdafiənin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin ümumi həcmi təxminən 13 milyard avroya çatıb.
Avropa Komissiyasının məlumatına görə, ayrılan vəsait Avropanın hərbi-sənaye kompleksindən pilotsuz uçuş aparatları, dron-məhvedicilər və raketlərin alınmasına yönəldiləcək.
Qeyd edək ki, “Ukraine Support Loan” 2026-2027-ci illər üçün nəzərdə tutulmuş 90 milyard avroluq maliyyə mexanizmidir. Bunun 60 milyard avrosu Ukraynanın müdafiəsinə, 30 milyard avrosu isə büdcə dəstəyinə ayrılıb.
14:19 07.10.2026
Oxunuş sayı: 206