Azərbaycandan Ukraynaya 2,5 milyon manatlıq yardım göndərildi
Azərbaycanın Ukraynaya humanitar yardım məqsədilə göndərdiyi növbəti elektrik avadanlıqları yükü yola salınıb.
Crossmedia.az xəbər verir ki, yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınan humanitar yük Ukrayna tərəfinin müraciəti əsasında hazırlanıb.
Ümumi dəyəri 2,5 milyon manat olan yükə kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
12:28 07.10.2026
Oxunuş sayı: 189