Qıza mesaj yazdı – DÖYÜLDÜ
Şamaxı sakini, “TikTok” istifadəçisi İsrafil Dadaşzadənin həmyaşıdları tərəfindən döyülməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Crossmedia.az xəbər verir ki, “İso Brazilian” ləqəbi ilə tanınan İsrafil Dadaşzadənin döyülməsi təxminən bir ay əvvəl baş verib.
İddiaya əsasən, hadisəyə onun hansısa qıza mesaj yazması səbəb olub. Bundan sonra həmyaşıdlarının İsrafil Dadaşzadəni taparaq döydüyü bildirilir.
Görüntülərin yayılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hazırda hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, İsrafil Dadaşzadə bundan əvvəl də “TikTok” hesabında yolda hücuma məruz qalması və döyülməsi barədə paylaşımlar edib.
14:53 07.10.2026
Oxunuş sayı: 186