Azər Aydəmirə yeni vəzifə verildi
Aktyor Azər Aydəmir Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib.
Crossmedia.az xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdiq üçün Ədliyyə Nazirliyinə göndərilən sənəd artıq rəsmi şəkildə təsdiqlənib.
Bununla yanaşı, Şəfiqə Məmmədova ilə birlikdə İttifaqın yeni tərkibdə İdarə Heyəti də rəsmiləşdirilib.
Yeni İdarə Heyəti 27 üzvdən ibarət olacaq. Azər Aydəmir də İdarə Heyətinin üzvləri sırasında yer alıb.
14:05 07.10.2026
Oxunuş sayı: 180