Zelim Tçkayev dünya çempionatında 1/8 finala yüksəldi
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vuraraq 1/8 finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Viktor Sterpu (Moldova) ilə qarşılaşıb.
Zelim Tçkayev rəqibini ipponla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
O, 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə üz-üzə gələcək.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
12:56 07.10.2026
Oxunuş sayı: 56