Marqarita Simonyan: Mənə və ailəmə qarşı üç sui-qəsd cəhdi olub
"Rossiya Seqodnya" media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan ona və ailəsinə qarşı üç sui-qəsd cəhdi edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Simonyan bu barədə İsveçrənin "Die Weltwoche" həftəlik nəşrinin jurnalisti Roger Köppelə müsahibəsində danışıb.
"İndiyədək sadəcə bəxtim gətirib", – deyən Simonyan bunun yaşadıqları reallıq olduğunu, Avropanın isə ya bunu bilmədiyini, ya da bilmək istəmədiyini bildirib.
Onun sözlərinə görə, bu cür təhdidlərin səbəbi yalnız fərqli mövqedən çıxış etmələri və ölkəsinin maraqlarını silaha əl atmadan müdafiə etmələridir.
Simonyan iddia edib ki, sui-qəsd cəhdlərindən biri pilotsuz uçuş aparatının ailəsinin yaşadığı evə hücumu olub. O bildirib ki, həmin vaxt evdə beş uşaq olub.
16:07 08.07.2026
Oxunuş sayı: 40