Makron yenə tünd eynəklə diqqət çəkdi – Bu dəfə NATO zirvəsində
Fransa Prezidenti Emmanuel Makron NATO sammitinin ümumi fotosessiyasında tünd rəngli eynəklə ictimaiyyət qarşısına çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, ümumi fotosessiya zamanı Makron Almaniya kansleri Fridrix Merts və Finlandiya Prezidenti Aleksander Stubb arasında yer alıb.
Xatırladaq ki, Fransa Prezidenti iyulun 6-da Suriyaya rəsmi səfəri zamanı da tünd rəngli eynəklə görüntülənmişdi. Diqqət çəkən məqamlardan biri isə onun Dəməşqə axşam saatlarında – günəşin artıq batdığı vaxt gəlməsinə baxmayaraq eynək taxması olub.
Makronun son günlər ardıcıl olaraq tünd eynəklə ictimaiyyət qarşısına çıxması sosial şəbəkələrdə və mediada müxtəlif müzakirələrə səbəb olsa da, Yelisey Sarayı bununla bağlı hələlik rəsmi açıqlama verməyib.
14:36 08.07.2026
Oxunuş sayı: 49