KİV: Tramp NATO Zirvəsinə yalnız Ərdoğana hörmətə görə gedib
ABŞ Prezidenti Donald Tramp NATO-nun Türkiyədə keçirilən sammitinə müttəfiqlərlə görüşə böyük maraq göstərdiyi üçün deyil, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana hörmətinə görə qatılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp əvvəlcə NATO müttəfiqləri ilə görüşə skeptik yanaşıb. Buna səbəb isə bəzi müttəfiq ölkələrin ABŞ-ın İranla münaqişəsi zamanı Vaşinqtonu kifayət qədər dəstəkləməməsi olub.
CNN mənbələri bildiriblər ki, bu səbəbdən sammitin gedişinin problemsiz keçəcəyinə əminlik yoxdur.
Qeyd edək ki, NATO-nun Dövlət və Hökumət Başçıları Zirvəsi Türkiyənin paytaxtı Ankarada keçirilir.
13:40 07.07.2026
Oxunuş sayı: 55