Zelenski ədalətli sülhə nail olmaq üçün əsas şərti açıqlayıb
Ukraynada hər kəs ümumi məqsəd naminə səfərbər olmalı və cəbhəyə dəstək verməlidir.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Hamımız güclü və hazır olmalıyıq. Əsl qəhrəmanlar cəbhədə döyüşənlərdir. Biz isə – bütün dövlət olaraq – onlara sursat çatdırmalıyıq”, – deyə Ukrayna prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, yalnız bu şəkildə Ukrayna ədalətli və güclü sülhə nail ola bilər.
“Belə olarsa, Ukrayna üçün ədalətli və güclü sülhü təmin edəcəyik. Bizim üçün qələbə məhz budur”, – deyə o vurğulayıb.
12:21 07.07.2026
Oxunuş sayı: 62