Makronun qaldığı otelin yaxınlığında iki partlayış olub: Dəməşqdə gərgin anlar
Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında iki partlayış baş verib.
Crossmedia.az "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, partlayışların səbəbi və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Fransa Prezidenti Emmanuel Makron ötən axşam Dəməşqə rəsmi səfərə gəlib.
Hadisə ilə bağlı Suriya və Fransa rəsmiləri hələlik açıqlama verməyiblər. Təhlükəsizlik qüvvələrinin ərazidə araşdırma apardığı bildirilir.
11:38 07.07.2026
Oxunuş sayı: 60