ABŞ Hərbi Dəniz Qüvvələri son 40 ilin ilk yeni nüvə döyüş başlığını hazırlayır
ABŞ Hərbi Dəniz Qüvvələri son 40 ildə ilk dəfə yeni nüvə döyüş başlığının hazırlanması proqramını həyata keçirir.
Crossmedia.az xəbər verir ki, yeni döyüş başlığının ABŞ-nin dəniz əsaslı nüvə çəkindiricilik potensialını gücləndirmək məqsədi daşıdığı bildirilir.
Məlumata görə, layihə mövcud nüvə arsenalının modernləşdirilməsi proqramının tərkib hissəsidir və gələcəkdə ballistik raketlərlə təchiz edilmiş nüvə sualtı qayıqlarında istifadə olunması nəzərdə tutulur.
Rəsmi Vaşinqton proqramın texniki detalları və istismara veriləcəyi tarixlə bağlı hələlik geniş məlumat açıqlamayıb.
11:36 07.07.2026
Oxunuş sayı: 50