69 yaşlı turistin meyiti sanatoriyada tapılıb
Naftalanda sanatoriyalardan birində Özbəkistan vətəndaşı olan 69 yaşlı kişinin meyiti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, meyiti tapılan şəxsin 1957-ci il təvəllüdlü Z.Mahmudoviç olduğu bildirilib.
İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutması nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
14:17 06.10.2026
Oxunuş sayı: 70