Litvadan nüvə silahı ilə bağlı gözlənilməz qərar
Litva Seymi ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə dair konstitusion qadağanın ləğv edilməsini nəzərdə tutan dəyişiklikləri ilkin səsvermədə təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Litva Seymi bu barədə məlumat yayıb.
Dəyişikliklərin lehinə 106 deputat səs verib, 18 deputat əleyhinə çıxıb, 6 deputat isə bitərəf qalıb. Seymin spikeri Juozas Olekas bildirib ki, bu addım təhlükəsizlik sahəsində Litvanı digər Avropa İttifaqı və NATO ölkələrindən fərqləndirən hüquqi məhdudiyyətləri aradan qaldırır.
Konstitusiyaya dəyişikliklərin qüvvəyə minməsi üçün ikinci səsvermənin keçirilməsi tələb olunur. İkinci səsvermənin 12 yanvarda, üç aylıq fasilədən sonra keçirilməsi planlaşdırılır. Dəyişikliklərin qəbul edilməsi üçün 141 deputatdan ən azı 94-nün dəstəyi lazımdır.
Moskva isə təşəbbüsə artıq münasibət bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Litva ərazisində NATO bazalarının və nüvə silahlarının yerləşdiriləcəyi təqdirdə Rusiyanın cavab tədbirləri görməyə məcbur olacağını deyib.
13:55 06.10.2026
Oxunuş sayı: 56