Google Rusiyada cərimələndi: Səbəb məlum oldu
Moskvanın Taqanski Rayon Məhkəməsi qadağan olunmuş məzmunu silməkdən imtina etdiyi üçün Google şirkətini 3,8 milyon rubl məbləğində cərimələyib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Məhkəmə şirkəti Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib.
Söhbət Rusiya qanunvericiliyinə əsasən girişinin məhdudlaşdırılması tələb olunan informasiyaya çıxışın məhdudlaşdırılması qaydalarının pozulmasından gedir.
Məhkəmənin qərarı ilə Google şirkətinə 3,8 milyon rubl məbləğində cərimə tətbiq olunub.
13:14 06.10.2026
Oxunuş sayı: 52