Əraqçıya impiçment tələbi irəli sürülüb
İran parlamentində xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı sorğu qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Rəşidinin sözlərinə görə, təşəbbüsün deputatlardan biri tərəfindən parlamentdə qeydə alındığı ehtimal edilir.
Bununla belə, impiçment sorğusu hələlik parlamentin Rəyasət Heyətinə təqdim edilməyib. Buna görə də sənədin sonrakı mərhələdə nəzərdən keçirilməsi prosesi başlamayıb.
14:23 06.10.2026
Oxunuş sayı: 56