Ermənistan parlamentində deputatlar əlbəyaxa dava etdi - SON DƏQİQƏ
Ermənistan Milli Assambleyasının çərşənbə axşamı keçirilən iclasında hakim “Mülki Müqavilə” və müxalif “Güclü Ermənistan” fraksiyalarının deputatları arasında mübahisə yaranıb və insident daha sonra davaya çevrilib.
Crossmedia.az xəbər verir ki, mübahisəyə parlamentin gündəliyinə daxil edilən araşdırma komissiyasının yaradılması ilə bağlı qanun layihəsi səbəb olub.
Sənəddə Ermənistan Apostol Kilsəsinin bir sıra ruhanilərinin fəaliyyəti nəticəsində yaranmış böhran, kilsənin erməni xalqının mənəvi həyatında rolu, milli mədəniyyətin inkişafı və milli kimliyin qorunması ilə bağlı problemlərin araşdırılması üçün komissiyanın yaradılması nəzərdə tutulur.
Müxalifət isə belə bir araşdırma komissiyasının yaradılmasını Konstitusiyaya zidd hesab edir.
Məhz layihənin müzakirəsi zamanı hakim və müxalifət deputatları arasında gərginlik yaranıb və qarşıdurma fiziki davaya çevrilib.
11:48 06.10.2026
Oxunuş sayı: 60