Azərbaycanda son 10 ilin ən isti yaylarından biri yaşandı
2026-cı ilin yayı Azərbaycanda son 10 ilin ən isti yay fəsillərindən biri olub.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bu barədə məlumat verib.
Onun sözlərinə görə, 2026-cı ildə ən yüksək temperatur iyul ayında qeydə alınıb.
Bakıda və Abşeron yarımadasında temperatur 40 dərəcəyədək yüksəlib. Ordubad və Kürdəmirdə isə 41 dərəcə isti müşahidə olunub.
Gülşad Məmmədova bildirib ki, çoxillik meteoroloji müşahidələrin nəticələrinə əsasən, bu göstəricilər 2026-cı ilin yayını son 10 ilin ən isti yay fəsillərindən birinə çevirib.
12:40 06.10.2026
Oxunuş sayı: 53