60 yaşlı kimi dəm qazından öldü
Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə Quba şəhərinin SUM-12 yaşayış massivində qeydə alınıb.
1966-cı il təvəllüdlü İman Allahverdiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
12:04 06.10.2026
Oxunuş sayı: 53