Hidayət Heydərov dünya çempionatına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.
Crossmedia.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozito ilə qarşılaşıb.
H.Heydərov rəqibinə cərimə xalları hesabına uduzaraq mundialda çıxışını başa vurub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
12:36
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanaraq 1/8 finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Finlandiya təmsilçisi Valtteri Olini məğlub edib.
Hidayət Heydərov 1/8 finalda İtaliya cüdoçusu Covanni Espozito ilə qarşılaşacaq.
11:07
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
Crossmedia.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə qarşılaşıb. H.Heydərov rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Olimpiya çempionu 1/16 finalda Finlandiya təmsilçisi Valtteri Olinlə üz-üzə gələcək.
Bu gün Azərbaycan millisinin üzvləri Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdosunda böyüklər arasında dünya çempionatlarında əldə olunan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
12:36 06.10.2026
Oxunuş sayı: 274