İstanbul məktəbində qanlı insident: Şagird bıçaqla hücum etdi
İstanbulun Başakşehir rayonundakı Şeyx Şamil adına orta məktəbdə şagirdlər arasında baş verən insident nəticəsində 5 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi bu barədə məlumat yayıb.
Məlumata görə, şagirdlərdən biri bıçaqla digər məktəblilərə hücum edib və nəticədə üç şagird yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Rəsmi məlumata əsasən, şagirdlər arasında baş verən münaqişə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb.
Yaralananların hamısı xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.
12:29 06.10.2026
Oxunuş sayı: 54