Fənərbaxça bu oyunçu üçün 30 milyon avro istəyir
Fənərbaxçanın heyətinə cəlb etdiyi Archie Brown İngiltərə klublarının diqqətini çəkib və onun üçün 30 milyon avroluq transfer qiyməti müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, "Sabah" bu barədə məlumat yayıb.
24 yaşlı sol cinah müdafiəçisi 2025-ci ilin iyulunda "Milan"ın da maraq göstərdiyi transfer yarışından sonra Fənərbaxçaya keçib. Brown İstanbul klubundakı çıxışı ilə İngiltərənin "Nottingham Forest" klubunun diqqətini cəlb edib.
Məlumata görə, "Nottingham Forest" futbolçunu təxminən bir ildir izləyir və qış transfer pəncərəsində onun üçün 15 milyon avro təklif etməyə hazırlaşır.
Fənərbaxça isə Brownu satmaq niyyətində deyil. Klub rəhbərliyinin 24 yaşlı futbolçunu komandada saxlamağı planlaşdırdığı bildirilir.
Bununla belə, Brown ayrılmaq istəsə, Fənərbaxça danışıqlara 30 milyon avrodan başlayacaq. İstanbul təmsilçisi bu məbləğdən aşağı təklifləri qəbul etməyi düşünmür.
13:21 06.10.2026
Oxunuş sayı: 48