Səfir: Müttəfiqlərin Amerika silahı alması sülhə xidmət edəcək
Vaşinqton müttəfiq ölkələrin Amerika istehsalı olan silahları satın almasının beynəlxalq təhlükəsizliyin və sülhün möhkəmlənməsinə töhfə verəcək.
Crossmedia.az xəbər verir ki, ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bu fikirləri Fox News üçün qələmə aldığı məqalədə qeyd edib.
Uitakerin sözlərinə görə, müttəfiqlərin ABŞ silahlarına olan tələbatı Amerika hərbi sənayesinin istehsalını artırır, bu isə öz növbəsində NATO ölkələrinin müdafiə imkanlarını gücləndirir.
“Bizə məhz bu müsbət dövr lazımdır. Müttəfiqlərin tələbatı Amerika istehsalını artırır. Amerika istehsalı müttəfiqlərin imkanlarını gücləndirir. Müttəfiqlərin imkanları çəkindiriciliyi təmin edir. Çəkindiricilik isə sülhü qoruyur”, – deyə Metyu Uitaker bildirib.
10:53 07.07.2026
Oxunuş sayı: 49