Azərbaycanın deputatları Haaqa meri ilə görüşüblər
Azərbaycanın deputatları Haaqa meri Yan van Zanenlə görüşüblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.
"Haaqa meri Yan van Zanenlə görüşmək həmişə böyük məmnuniyyətdir və mən ATƏT PA-nın İllik Sessiyası münasibətilə Haaqa Şəhər Meriyasında təşkil olunmuş ziyafət zamanı Azərbaycan parlament nümayəndə heyətinə göstərilən səmimi qəbula görə ona minnətdaram", - o bildirib.
Xatırladaq ki, Azərbaycanın deputatları Qaya Məmmədov, Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev ATƏT Parlament Assambleyasının (PA) illik sessiyasına qatılıblar.

23:49 06.07.2026
Oxunuş sayı: 59