Tehranda vida mərasimində Trampın portreti etiraz hədəfinə çevrilib
Tehranda keçirilən Əli Xameneyi ilə vida mərasimində iştirakçılar ABŞ Prezidenti Donald Trampın portreti əks olunan plakata etiraz ediblər.
Crossmedia.az xəbər verir ki, yayılan görüntülərə əsasən, mərasim iştirakçıları Trampın şəkli olan plakata su şüşələri atıblar.
Bildirilir ki, plakatın üzərində "Səni tək qoymayacağıq" və "O, atamızı öldürdü" ifadələri yer alıb.
Mərasim zamanı iştirakçılar "Amerikaya ölüm olsun!" və "İsrailə ölüm olsun!" şüarları da səsləndiriblər.
14:55 06.07.2026
Oxunuş sayı: 55