Səudiyyə Ərəbistanında neft nəqli dayandırıldı
Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərində neft nəqli husilərin Ər-Riyadın şərqində yerləşən nasos stansiyasına hücumundan sonra yenidən dayandırılıb.
Crossmedia.az xəbər verir ki, “AFP” bu barədə məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində nasos stansiyasına ciddi ziyan dəyib. Bundan sonra kəmərdə neft axını yenidən dayandırılıb.
“Ciddi ziyan dəydi və kəmər yenidən dayandı”, - deyə məlumatda bildirilib.
18:20 05.10.2026
Oxunuş sayı: 54