Qara tüstü Kiyevi bürüdü: Sakinlərə evdən çıxmamaq tövsiyə olunub
Yanğınlar nəticəsində Ukraynanın paytaxtı Kiyevin üzərini qara tüstü bürüyüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrinform agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın qoxusu şəhərin bütün rayonlarında hiss olunur, tüstü isə Kiyevin müxtəlif ərazilərinə yayılıb.
Bildirilir ki, havanın keyfiyyəti kəskin pisləşib və nəfəs almaq çətinləşib.
Səlahiyyətli qurumlar şəhər sakinlərinə pəncərələri bağlı saxlamağı, zərurət olmadıqca evdən çıxmamağı və açıq havada uzun müddət qalmamağı tövsiyə ediblər.
11:22 06.07.2026
Oxunuş sayı: 63